Bakı.Trend:
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları kuryerliyə cəlb olunaraq narkotiklərin satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyat keçirib. Növbəti tədbirlər zamanı 28 yaşlı Fəqan Məmmədov və 24 yaşlı Məhərrəm Həsənzadə saxlanılıblar. Onlardan ümumilikdə 31 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı saxlanılanların maddi qazanc
əldə etmək məqsədilə şəxsiyyətləri istintaqla araşdırılan İran
vətəndaşları ilə cinayət əlaqəsi yaratmaları əldə olunan elektron
məlumatlarla sübuta yetirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Polis
əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli şəxslərin ifşa ediməsi
istiqamətində mübarizə tədbirləri davam etdirilir.