...

Fransada etiraz aksiyalarında 13 polis əməkdaşı xəsarət alıb

Dünya xəbərləri Materials 10 Sentyabr 2025 22:51 (UTC +04:00)

Bakı. Trend:

Fransada “Hər şeyi bloklayaq” şüarı ilə keçirilən genişmiqyaslı etiraz aksiyasında yüz minlərlə insan küçələrə axışıb.

Trend Fransanın Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, aksiyalarda 175 min nəfər iştirak edib. CGT həmkarlar ittifaqı isə bu rəqəmin 250 min olduğunu bildirir.

Ölkədə milli səviyyədə 812 aksiya, 550 yürüş və mitinq keçirilib, 262 yolda hərəkət məhdudlaşdırılıb. Polis 473 nəfəri saxlayıb. Etiraz aksiyalarında 13 polis əməkdaşı xəsarət alıb.

Aksiyaya 80 min polis və jandarm səfərbər edilib. Bundan əlavə 30-a yaxın helikopter, dronlar, su şırnağı maşınları və zirehli nəqliyyat vasitələrindən də istifadə olunub.

“Hər şeyi bloklayaq” hərəkatı Fransada sosial narazılığın yeni dalğası olaraq qiymətləndirilir. Etirazlarda iştirakla bağlı rəsmi və qeyri-rəsmi rəqəmlər arasında ciddi fərqlər olsa da, ictimai narazılığın güclü olduğu aydın şəkildə görünür. CGT 18 sentyabra yeni aksiyaya təyin edib.

Xəbər lenti

Xəbər lenti