Ağcabədi. Trend:
10.09.2025-ci il tarixində saat 05:00 radələrində 2005-ci il təvəllüdlü hamilə dəqiqləşdirilməmiş preeklampsiya diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən Trend-ə bildirilib ki, hamiləliyinin 37-ci həftəsində olan pasiyent 15 dəqiqə ərzində müvafiq müayinə olunduqdan sonra stabilləşdirilərək, təxirəsalınmaz əməliyyata alınıb və boyu 47 sm., çəkisi 2 200 qram olan körpə (kişi cinsli) dünyaya gəlib.
Əməliyyatdan sonrakı dövrdə saat 06:30-da ananın ürək fəaliyyəti dayandığından müvafiq reanimasiya tədbirlərinə başlanılıb. Həkimlərin çoxsaylı səylərinə və göstərilən yardımlara baxmayaraq saat 06:45 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşriş olunması üçün Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə təhvil verilib. Hadisə ilə əlaqəli Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Hazırda körpə tibb müəssisəsindədir və vəziyyəti stabil olaraq qiymətləndirilir.
xxx
10:07
Ağcabədi də doğuş zamanı ana ölüb, uşaq sağ qalıb.
Trend-in Qarabağ Bürosunun əldə etdiyi xəbərə görə, rayonun Avşar kənd sakini 2005 - ci il təvəllüdlü Şərqiyyə Qasımova doğuş zamanı dünyasını dəyişib.
Doğulan oğlan uşağı isə xilas edilib və sağdır.
Hazırda faktla bağlı araşdırma başlanıb ölümün səbəbi araşdırılır.