...

I Qarabağ müharibəsinin daha dörd itkin-şəhidinin qalıqları dəfn olunacaq

Cəmiyyət Materials 11 Sentyabr 2025 10:30 (UTC +04:00)
I Qarabağ müharibəsinin daha dörd itkin-şəhidinin qalıqları dəfn olunacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sabah I Qarabağ müharibəsinin itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhidinin qalıqları dəfn olunacaq.

Trend xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Qeyd edilib ki, hərbçi Vəliyev Murad Məlikməmməd oğlu Quba rayonu Nütəh kənd qəbiristanlığında, hərbçi Abdullayev Cəlal Xankişi oğlu Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinin qəbiristanlığında, hərbçi Zərbəliyev Ayaz Əsgəralı oğlu Göyçay şəhəri, Şəhidlər xiyabanında, hərbçi Qayıbov Vəkil Möylan oğlu Qəbələ rayonu, Qəmərvan kənd qəbiristanlığında dəfn ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti