...

10 min müəllim təhsil prosesindən tamamilə uzaqlaşdırılıb – Ceyhun Məmmədov

Cəmiyyət Materials 11 Sentyabr 2025 11:27 (UTC +04:00)
10 min müəllim təhsil prosesindən tamamilə uzaqlaşdırılıb – Ceyhun Məmmədov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ödənişli olması məsələsi ola bilsin dəfələrlə təkrar istifadənin qarşısını almaq məqsədi daşıyır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, lakin məbləğin miqdarı da çox önəmlidir:

“Yaxşı olar ki, rəmzi məbləğ olsun.

Digər önəmli məsələ bu vəsaitin hara xərclənməsidir. Bunun mexanizmi işlənib hazırlanıbmı? Bu məbləğ də yaxşı olar ki, müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına yönəldilsin. Ancaq burada ən önəmli məsələlərdən biri müəllimlərin psixoloji durumudur. Biz bu barədə ciddi düşünməliyik.

Başqa məsələ təxminən 10 min müəllim təhsil prosesindən tamamilə uzaqlaşdırılıb. İmtahandan keçə bilməyiblər, aydındır. Ancaq onların gələcəyi və sosial təminatı barədə ciddi düşünməliyik. Bu cəmiyyətdə sosial gərginlik yaradır”.

Deputat çıxışında təhsillə bağlı digər məsələlərdən də bəhs edib.

“Bəzi özəl orta məktəblərdə təhsil haqqı çox yüksəkdir. Bəzi məktəblərdə bu məbləğ 40 min civarındadır. Hesab edirəm, bu məsələnin dövlət tərəfindən tərəfindən tənzimlənməsi məsələsini nəzərədən keçirməliyik.

Bu il bəzi universitetlərdə təhsil haqları qaldırıldı. Qiymət artımı insanlarım imkanına və tədrisin keyfiyyətinə uyğun olmalıdır. Bu tələbələrin xaricdə təhsil almağa üstünlük verməsinə aparıb çıxaracaq. Hesab edirəm, bu məsələ sırf universitetlərin öz öhdəsinə buraxılmalı deyil.

Məktəbli forması məsələsi vahid olmalıdır. Çünki valideynlər məktəbi dəyişəndə valideynlər ciddi çətinliklər yaşayırlar. Hər dəfə yeni paltara pul verməli olurlar”, - deyə C.Məmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti