Bakı. Trend:
Nepalda baş verən kütləvi iğtişaşlar zamanı ölkənin cəzaçəkmə müəssisələrindən qaçan məhbusların sayı 15 min nəfəri ötüb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, həbsxanadan qaçışlar Nepalın müxtəlif şəhərlərində yerləşən ümumilikdə 25 cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Qaçanlar arasında adamöldürmə, cinsi zorakılıq, adam oğruluğu və insan alveri kimi ittihamlar üzrə cəza çəkən məhbuslar yer alır.
Ölkənin Penitensiar qurumu qaçış sayı ilə bağlı son rəqəmləri hələlik dəqiqləşdirmədiyindən, sayın artacağı istisna edilmir. Məhbusların yaxalanması üçün ölkənin polis və ordu qüvvələri ölkə boyunca səfərbər olunub.