...

"Anderson Lab" ilə birgə həyata keçirilən tədris proqramında iştirak üçün 14 mindən çox müraciət daxil olub - Fərid Osmanov

Cəmiyyət Materials 11 Sentyabr 2025 13:10 (UTC +04:00)
"Anderson Lab" ilə birgə həyata keçirilən tədris proqramında iştirak üçün 14 mindən çox müraciət daxil olub - Fərid Osmanov
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

“Andersen Lab” ilə birgə həyata keçirilən tədris proqramı böyük maraq doğurub — İştirak üçün 14 mindən çox mütəxəssis müraciət edib.

Trend xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov “Andersen Lab” beynəlxalq İT şirkətinin Azərbaycandakı mərkəzinin açılışı çərçivəsində danışıb.

Onun sözlərinə görə, agentlik həm IT təşkilatların o cümlədən beynəlxalq olanlarının formalaşdırılmasını, həm də müasir bilik və bacarıqlara malik mütəxəsislərin hazırlanmasını və onların əmək bazarına çevik şəkildə inteqrasıyasını dəstəkləyir.

“Tədris prosesində iştirak etmək üçün 210 nəfər dəvət olunub. Proqramın xüsusiyyəti nəzəri biliklərin praktik təcrübə ilə birləşdirilməsidir: azərbaycanlı mütəxəssislər real beynəlxalq layihələrin icrasında iştirak edəcəklər ki, bu da ölkənin ixrac potensialını gücləndirir və qlobal İT layihələrində iş təcrübəsi qazanmağa imkan yaradır”,- deyə o bildirib.

F.Osmanov qeyd edib ki, gələcəkdə “Andersen Lab” layihələrinin yalnız Bakıda deyil, Azərbaycanın regionlarında da həyata keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti