Bakı. Trend:
2022-ci ildən etibarən 1752 nəfər dövlət proqramı ilə xaricdə təhsil almaq hüququ qazanıb.
Trend xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair bu gün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, bu il 500 nəfər Dövlət Proqramı ilə xaricdə təhsil almaq şansı qazanıb.
"Bu 500 nəfərə həm bakalavırlar, həm magistrlar, həm də doktorantlar aiddir", - deyə nazir qeyd edib.