Bakı. Trend:
Paytaxtda yeni tədris ilinin başlanması ilə əlaqədar küçə və
prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin yerləşdiyi
ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət
intensivliyi artacaqdır.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər
Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bunları nəzərə alaraq, bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə mane yaratmasınlar.
Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamağı tövsiyə edirik.