Bakı. Trend:
Şirvan suvarma kanalında yenidənqurma işləri 2027-ci ilin sonunadək başa çatdırılacaq.
Bunu Trend-ə açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov deyib.
O bildirib ki, Azərbaycanda bir sıra iri su anbarları yenidən qurulur, yeni su obyektləri tikilir: "Hazırda Şirvan suvarma kanalı yenidən qurulur. Bununla bağlı işlərə başlanılıb. Layihə çərçivəsində işlər uğurla davam etdirilir. Çox güman ki, 2027-ci ilin sonunadək layihə üzrə işlər başa çatdırılacaq.
Həmçinin Qarabağ suvarma kanalının yenidən qurulması üzrə layihə sənədləri hazırlanır. Bu kanal üzrə gələn il yenidənqurma işlərinə start veriləcək".
"Hədəf ondan ibarətdir ki, suların istifadəsinin mühafizəsi sahəsində əhalinin, sahibkarlıq subyektlərinin maarifləndirilməsi genişləndirilsin", - deyə R. Aslanov qeyd edib.