...

MİQ imtahanında iştirak üçün ödənişin məbləği açıqlanıb

Cəmiyyət Materials 11 Sentyabr 2025 11:14 (UTC +04:00)
MİQ imtahanında iştirak üçün ödənişin məbləği açıqlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2011-2012-ci tədris ilindən etibarən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bu qaydanın tətbiq edilməsi nəticəsində 2015-2024-cü illərdə 45 000 nəfərə yaxın namizəd müddətsiz əmək müqaviləsi əsasında işlə təmin olunub.

Trend xəbər verir ki, bunu Milli Məclisin Sosisal qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Şöbə müdiri bildirib ki, hər il müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili və keçirilməsi üçün dövlət büdcəsindən kifayət qədər maliyyə vəsaiti sərf olunur:

“Belə ki, müsabiqənin keçirilməsi üçün təchizat xərcləri 2021-ci ildə 1 106 33, 2022-ci ildə 1 314 197, 2023-cü ildə 1 290 567, 2024-cü ildə isə 232 665 manat təşkil edib.

2021-ci ildə ərizəsi təsdiq edilmiş və müsabiqədə iştirakı nəzərdə tutulmuş 59 171 nəfərdən 46 930, 2022-ci ildə 54 804 nəfərdən 44 363, 2023-cü ildə 58 000 nəfərdən 47 571, 2024-cü ildə isə 61 669 nəfərdən 50 264 nəfər test imtahanı mərhələsində iştirak edib. Yalnız ötən il 18,5 faiz namizəd imtahana gəlməyib. Bu isə imtahan xərclərinin ödənilməsi üçün izafi xərclərə səbəb olub”.

A.Vəliyev vurğulayıb ki, bu xüsusda da, müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədilə müsabiqədə iştirakın ödənişli olması təklif edilir.

O həmçinin qeyd edib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün təxminən 45-60 manat məbləğ ödəniləcək.

“Bildiyiniz kimi, hər bir namizəd qeydiyyatdan keçərək müsabiqədə iştirak etmək üçün müraciət edir. Amma nəticədə müraciət edən şəxsin müsabiqədə iştirak etməsi arasında disporposional fərq yaranır. Təxminən hər il 10-12 min qeydiyyatdan keçən şəxslər həmin imtahanda iştirak etməkdən imtina edirlər. Bu da təbii ki, o müsabiqə ilə bağlı izafi xərclərə səbəb olur. Bunun da qarşılanması çətin olur.

Bu dəyişiklik ona xidmət edir ki, əlçatan bir rəqəm olsun, təbii ki bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək, təxminən 45-60 manat arasında müsabiqədə iştirak etmək üçün vəsait ödəniləcək. Bu, ilk dəfə müraciət edən şəxslərə və güzəştli kateqoriyaya daxil olan insanlara şamil edilməyəcək”, - deyə A.Vəliyev fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti