Bakı. Trend:
İranın Ərdəbil vilayəti ilə Azərbaycan arasında iqtisadi imkanları inkişaf etdirmək olar.
Trend-in məlumatına görə, bunu İran prezidenti çəsud Pezeşkian bu gün şimal-qərbdə yerləşən Ərdəbil vilayətində investorlar və iş adamları ilə görüşdə deyib.
Onun sözlərinə görə, Ərdəbil Azərbaycanla sərhəddə yerləşir. Bu vilayətin özünəməxsus potensialı var.
Pezeşkian deyib ki, Ərdəbil vilayətinə fərqli şəkildə yanaşılarsa, bir çox iqtisadi problemlər həll olunacaq. Böyük imkanlara sahib Ərdəbildə yeni strategiya ilə iqtisadiyyatı inkişaf etdirmək mümkündür.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian bu gün Ərdəbil vilayətinə səfər edib və bir sıra layihələrin istismara verilməsi ilə əlaqədar tədbirlərdə iştirak edib.