Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə 6 bağçanın açılması planlaşdırılır.
Trend xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, hazırda orada 7 bağça fəaliyyət göstərir.
"Bu müəssisələrdə 243 uşaq məktəbəqədər təhsilə cəlb olunub. Bu müəssisələrdə 82 nəfər heyət üzvü çalışır", - deyə nazir qeyd edib.