...

Öz yurdumda yaşamaqdan böyük arzum yoxdur - Hüseynova Nazənin

Cəmiyyət Materials 11 Sentyabr 2025 06:32 (UTC +04:00)
Öz yurdumda yaşamaqdan böyük arzum yoxdur - Hüseynova Nazənin
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Öz yurdum Xocavənddə yaşamaqdan böyük arzum yoxdur.

Bunu Trend-ə açıqlamasında Xocavənd sakini Hüseynova Nazənin deyib.

Onun sözlərinə görə, hər zaman öz yurduma qayıdıb yaşamağın həsrətini çəkib.

"Şükürlər olsun ki, bu gün öz yurdumuza geri dönürük. Allah Prezidentimizi var eləsin. Ona öz təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Bütün keçmiş məcburi qaçqınların öz yurdlarına qayıtmalarını arzulayıram", - deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Xəbər lenti

Xəbər lenti