...

"Qalatasaray"ın futbolçusu Super Liqada klubunu dəyişə bilər

İdman Materials 11 Sentyabr 2025 04:42 (UTC +04:00)
"Qalatasaray"ın futbolçusu Super Liqada klubunu dəyişə bilər

Bakı. Trend:

"Qalatasaray"ın futbolçusu Ahmed Kutucu Super Liqada klubunu dəyişə bilər.

Trend xəbər verir ki, "Göztepe" türkiyəli vingeri transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İzmir təmsilçisi Ahmedi icarəyə götürmək üçün "cim bom"a rəsmi təklif göndərib. "Göztepe" 25 yaşlı ön xətt oyunçusunun maaşının hamısını ödəməyə hazırdır.

Qeyd edək ki, "Qalatasaray" Ahmed Kutucunu bu ilin yanvar ayında "Eyüpspor"dan transfer edib. Türkiyə millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol vurub.

Xəbər lenti

Xəbər lenti