...

İsrailin Dohaya hücumuna cavab veriləcək - Qətər XİN

Dünya xəbərləri Materials 10 Sentyabr 2025 23:12 (UTC +04:00)

Bakı. Trend:

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani bəyan edib ki, İsrailin Dohada HƏMAS rəhbərlərinə qarşı həyata keçirdiyi hücuma cavab veriləcək.

Trend xəbər verir ki, o, məsələ ilə bağlı CNN-ə müsahibəsində danışıb.

Al Tani bildirib ki, cavab tədbirləri bölgə tərəfdaşları ilə müzakirə ediləcək. Bu istiqamətdə yaxın günlərdə Dohada zirvə görüşünün keçirilməsi nəzərdə tutulur. Lakin görüşün dəqiq vaxtı açıqlanmayıb.

Qətərin xarici işlər naziri əlavə edib ki, ölkəsi Qəzzada atəşkəs danışıqlarında vasitəçi rolunu və HƏMAS-ın gələcəkdə Qətərdə fəaliyyətini yenidən nəzərdən keçirir.

Al Taninin sözlərinə görə, İsrailin hücumu nəticəsində qətərli rəsmilər də yaralanıb və onların vəziyyəti ağırdır.

Xəbər lenti

Xəbər lenti