Bakı. Trend:
Pakistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq niyyətindədir və artıq bu məsələ ilə bağlı hazırlıq işləri aparır.
Trend xəbər verir ki, bu barədə Pakistanın ticarət nazirinin müavini Nasir Həmid bildirib.
“Hazırda biz Aİİ ilə hələ danışıqlar aparmırıq. Amma, biz hazırlıq işləri aparırıq və özümüz üçün imkanları öyrənirik”, - deyə o bildirib.