...

"Qarabağ" yeni transferini açıqlayıb

İdman Materials 11 Sentyabr 2025 00:52 (UTC +04:00)

Bakı. Trend:

"Qarabağ"da sürpriz transfer gerçəkləşib.

Trend xəbər verir ki, Ağdam təmsilçisi Ramil Şeydayevlə anlaşıb. "Neftçi"nin qarşılıqlı razılıq əsasında yolları ayırdığı hücumçu 2 illik aradan sonra "köhlən atlar"a qayıdıb.

29 yaşl futbolçu 2017-18 və 2021-23-cü illərdə "Qarabağ"da forma geyinib.

Şeydayev peşəkar karyerası ərzində "Zenit" (Rusiya), "Trabzonspor" (Türkiyə), "Jilina" (Slovakiya), "Krılya Sovetov" (Rusiya), "Dinamo" (Moskva, Rusiya), "Buriram Yunayted"də (Tayland) də çıxış edib.

Xəbər lenti

Xəbər lenti