...

Kallas Polşa insidentindən sonra Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi vəd edib

Dünya xəbərləri Materials 11 Sentyabr 2025 12:07 (UTC +04:00)
Kallas Polşa insidentindən sonra Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi vəd edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Polşa səmasında baş vermiş insidentdən sonra Rusiyaya qarşı sanksiyaların gücləndiriləcəyini vəd edib.

Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan bəyanatda deyilir.

Onun sözlərinə görə, Rusiyanın Avropanın hava məkanını pozması Aİ-nin Ukrayna və onun xalqına dəstəklə bağlı qətiyyətini və hərtərəfli, ədalətli və dayanıqlı sülh meyillərini daha da möhkəmləndirmiş olub.

“Gələcəkdə biz bunun Moskva üçün bədəlini qaldıracağıq, belə ki, Rusiya və onun müttəfiqlərinə qarşı sanksiyaları əhəmiyyətli şəkildə sərtləşdirəcəyik. Biz, eyni zamanda, müharibənin baş çatdırılması məqsədilə Rusiyaya təzyiqin göstərilməsi üçün beynəlxalq tərəfdaşlarla işləyəcəyik”, - deyə Kallas bildirib.

Xatırladaq ki, sentyabrın 10-a keçən gecə Polşa və NATO-ya aid qırıcılar Polşanın hava məkanını pozmuş bir neçə Rusiya PUA-sını zərərsizləşdirib. NATO yaranmış insidentlə bağlı Şimali Atlantik Alyans müqaviləsinin 4-cü maddəsini tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti