...

Türkiyənin 81 vilayətində qanunsuz miqrasiyaya qarşı əməliyyat – 700-dən çox saxlanılan var

Dünya xəbərləri Materials 11 Sentyabr 2025 10:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 81 vilayətində 28 mindən hüquq mühafizə orqanı əməkdaşlarının iştirakı ilə keçirilən iri miqyaslı əməliyyatda 14-ü xarici vətəndaş olmaqla 52 qanunsuz miqrant qaçalmalçısı və onun təşkilatçıları saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz sosial şəbəkə hesabında məlumat bölüşüb.

Əməliyyat qrupları 7883 ictimai iaşə obyekti, 483 avtovağzal və 6746 digər məkan olmaqla ümumilikdə 15,112 yerdə yoxlamalar aparıb.

Aparılan yoxlama-axtarış tədbirlərində sənədlərə baxış keçirildikdən sonra 666 qanunsuz miqrant saxlanılıb. Aşkarlanmış qanunsuz miqrantların ölkələrinə geri göndərilməsi prosesi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti