...

Tramp Cənubi Koreyalı miqrantların deportasiyasını dayandırıb

Dünya xəbərləri Materials 11 Sentyabr 2025 10:39 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Corciya ştatında Cənubi Koreyanın “Hyundai” və LG zavodunun tikintisində iştirak edən işçilərin deportasiyasını dayandıraraq onlara amerikalılara təlim keçmək üçün qalmağı təklif edib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-ə istinadla məlumat verir.

Amerikalı lider “saxlanılan cənubi koreyalı vətəndaşların ixtisaslı işçilər olduğunu vurğulayıb və onlara ya ABŞ-da qalaraq amerikalı işçilərin təlimində iştirak etməyi, ya da Seulun mövqeyindən asılı olaraq Koreya Respublikasına qayıtmağı təklif edib”,- deyə nəşr Cənubi Koreya rəsmisinin sözlərini çatdırıb.

Əvvəlcədən işçilərin sentyabrın 10-da Seula uçması nəzərdə tutulmuşdu. İndi isə 330 işçi ilə çarter reysinin cümə axşamı Atlantadan Cənubi Koreyanın paytaxtına yola düşəcəyi gözlənilir . Uçuşda 316 Koreya Respublikası, 10 Çin Xalq Respublikası, üç Yaponiya və bir İndoneziya vətəndaşının olması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti