Bakı. Trend:
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, sentyabrın 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İrandan Azərbaycana keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıblar.
Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada müqabil tərəfə təhvil verilib.