Bakı. Trend:
Husilər Yəməndən İsrail ərazisinə ballistik raket atıb.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Raket hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Qeyd edək ki, daha əvvəl İsrail tərəfi Yəməndəki husi hədəflərini vurmuşdu.