...

ABŞ Konqresi 2026-cı il üçün hərbi büdcəni təsdiqləyib

Dünya xəbərləri Materials 11 Sentyabr 2025 07:44 (UTC +04:00)
ABŞ Konqresi 2026-cı il üçün hərbi büdcəni təsdiqləyib

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatası 2026-cı maliyyə ili üzrə hərbi xərcləri təxminən 900 milyard dollar həcmində təsdiqləyib. Bu vəsaitin 400 milyon dolları Ukraynaya yardım üçün nəzərdə tutulur.

Trend-in məlumatına görə, sənəd 231 nəfər tərəfindən dəstəklənib, 196 qanunverici isə əleyhinə səs verib.

Qanun layihəsinə əsasən, Ukraynaya ayrılacaq 400 milyon dollar "Ukrayna Təhlükəsizlik Yardımı Təşəbbüsü" çərçivəsində yönləndiriləcək. Bu təşəbbüs vasitəsilə ABŞ Müdafiə Nazirliyi silah və texnikanı mövcud arsenalından deyil, istehsalçılarla bağlanacaq müqavilələr əsasında təmin edəcək.

Xəbər lenti

Xəbər lenti