Bakı. Trend:
Qazaxıstanda polis qızıl və başqa qiymətli metalların qanunsuz hasilatı ilə əlaqədar 19 xarici və 2 Qazaxıstan vətəndaşını saxlayıb.
Trend xəbər verir ki, bu barədə respublikanın DİN mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, qanunsuz “mədənin” ərazisində ekskavatorlar, buldozerlər və hasilatla bağlı avadanlıq müsadirə olunub. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, əməliyyatdan əvvəl “qnaunsuz mədən” bir müddət havadan dronla gizli müşahidə olunub.