Bakı. Trend:
Azərbaycanın mövqeyi aydındır. Su idarəçiliyində ekoloji yanaşma artıq seçim deyil, strateji zərurətdir.
Trend xəbər verir ki, bunu Azərbayvanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) ikinci günündə çıxışı zamanı deyib.
O bildirib ki, bu, həm daxili ekosistemlərin sağlamlığına, həm də regionda sabitliyin qorunmasına xidmət edir.
"Nazirlik olaraq biz bu missiyanı davam edərək bütün tərəfdaşlarla birgə ekoloji cəhətdən davamlı, təhlükəsiz gələcək qurmaq üçün əməkdaşlığa hazırıq", - deyə nazir müavini qeyd edib.