...

Rus dili bölməsinin tamamilə ləğvi gündəmdə deyil - Nazir

Cəmiyyət Materials 11 Sentyabr 2025 12:56 (UTC +04:00)
Rus dili bölməsinin tamamilə ləğvi gündəmdə deyil - Nazir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Rusdilli məktəblər anlayışı yoxdur, Azərbaycan məktəblərində rus dili bölməsi var.

Trend xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair bu gün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bizim yanaşmamız həmişə belə olub ki, insanlarımızın rus dilini bilməsi yaxşı haldır. Amma öz dilimizi bilmək şərti ilə. Bizim rus dilində əsas problemimiz müəllim çatışmazlığı ilə bağlıdır. Buna görə də rusdilli bölmələrin azalmaları ola bilər. Amma tamamilə ləğv edilməsi gündəmdə deyil", - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti