Bakı. Trend:
Biz lisey və gimnaziyalarda oxuyan uşaların sayının artırılmasını istəyirik.
Trend xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair bu gün keçirilən brifinqdə deyib.
O bildirib k, bu sistemi vahidləşdirməyə çalışırlar.
"Ölkədə lisey və gimnaziyaların sayının 100- ə çatmasını planlaşdırırıq.Biz lisey və gimnaziyaların məzun keyfiyyətini görürürk. Onların arasından alimlər çıxacaq. Bunu görmək üçün zaman lazımdır."- deyə nazir qeyd edib.