...

Su qıtlığının qarşısını anbar, kanal, boru tikməklə almaq qeyri-mümkün olacaq - Sədr

İqtisadiyyat Materials 11 Sentyabr 2025 10:48 (UTC +04:00)
Su qıtlığının qarşısını anbar, kanal, boru tikməklə almaq qeyri-mümkün olacaq - Sədr
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyadakı su ehtiyatlarının yalnız 4 faizini insanlar normal istifadə edə bilərlər.

Trend xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) ikinci gününün açılış mərasimində deyib.

O bildirib ki, suyun insanların xeyrinə istifadə oluna biləcək miqdarı çox azdır: "Su qıtlığının qarşısını anbar, kanal, boru tikməklə almaq qeyri-mümkün olacaq.

Bundan başqa, əhalinin sayı artıb. Suya olan tələbat həddindən artıq çoxalıb. Sənayeləşmə, urbanizasiya kimi amillər də su qıtlığına səbəb olar. Çünki suya olan neqativ təsirlər də öz mənfi effektini göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti