...

Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşüblər

Siyasət Materials 11 Sentyabr 2025 16:30 (UTC +04:00)
Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşüblər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində hər iki ölkənin maliyyə üzrə hərbi mütəxəssisləri arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə müdafiə xərclərinin planlaşdırılması, maliyyələşdirilməsi, pul vəsaitlərinin uçotunun aparılması, eləcə də hərbi əmlakın uçotunun xüsusiyyətləri, pul təminatının və əmək haqqının ödənilməsi qaydalarına dair müzakirələr aparılıb.

Görüş zamanı, həmçinin bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti