...

FTB Çarli Kirk qətli ilə bağlı məlumata görə 100 min dollar təklif edib

Dünya xəbərləri Materials 11 Sentyabr 2025 22:04 (UTC +04:00)
FTB Çarli Kirk qətli ilə bağlı məlumata görə 100 min dollar təklif edib

Bakı. Trend:

Federal Təhqiqatlar Bürosu (FTB) amerikalı sağçı fəal Çarli Kirkin qətlində əli olanların müəyyən edilməsinə kömək edəcək hər hansı məlumata görə 100 min dollara qədər mükafat təklif edib.

Trend-in məlumatına görə, bu barədə FTB "X" sosial şəbəkəsində yazıb.

"FTB Çarli Kirkin öldürülməsindən məsul olan şəxslərin müəyyən edilməsinə və həbsinə gətirə bilən məlumatlara görə 100 000 dollara qədər mükafat təklif edir", - deyə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti