...

Avropa İttifaqı "Bakı Su Dialoqu"na maliyyə dəstəyi göstərməkdə maraqlıdır

İqtisadiyyat Materials 11 Sentyabr 2025 16:37 (UTC +04:00)
Avropa İttifaqı "Bakı Su Dialoqu"na maliyyə dəstəyi göstərməkdə maraqlıdır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) "Bakı Su Dialoqu"na maliyyə dəstəyi göstərməyə maraq bildirib.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) İqlim Diplomatiyası İdarəsinin rəisi Elçin Allahverdiyev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) ikinci günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə gələcək fəaliyyətlər üçün müəyyən maliyyə resurslarının ayrılması nəzərdə tutulur: "Hazırda ölkələr yeni milli iqlim planlarını (NDC-lər) hazırlamaqdadır. İlin sonunadək onların açıqlanması gözlənilir. Biz ümid edirik ki, bu planlarda su ölçüsü də nəzərə alınacaq".

"Milli adaptasiya planları və milli bioloji müxtəliflik strategiyaları çərçivəsində də su məsələsinə xüsusi diqqət yetiriləcək. Çünki su təkcə iqlim deyil, həm də bioloji müxtəliflik və səhralaşmaya dair konvensiyaların kəsişdiyi bir məsələdir", - deyə XİN rəsmisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti