...

Gürcüstanda ölkəyə partlayıcı maddələr gətirmiş 2 ukraynalı saxlanılıb

Dünya xəbərləri Materials 11 Sentyabr 2025 17:10 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda ölkəyə Türkiyə ərazisindən partlayıcı maddə gətirmiş iki Ukrayna vətəndaşı saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti rəisinin birinci müavini Laşa Maqradze məlumat yayıb.

Məlumata görə, partlayıcı materialların aşkarlandığı Ukrayna nömrə nişanlı yük avtomobili Türkiyə istiqamətindən Gürcüstan istiqamətində sərhədi keçib, buna qədər isə Bolqarıstan, Rumıniya ərazilərindən keçib.

Avtomobildə 2,4 kiloqram miqdarda hesogen aşkarlanıb. Qeyd edək ki, bu partlayıcı maddənin partlayış gücü trotilin gücünü üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti