...

Türkiyədə əsas uçot dərəcəsi ilə bağlı vacib qərar açıqlanıb

Dünya xəbərləri Materials 11 Sentyabr 2025 17:20 (UTC +04:00)
Türkiyədə əsas uçot dərəcəsi ilə bağlı vacib qərar açıqlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin mərkəzi bankı bu gün keçirilən iclasda uçot dərəcəsini 250 baza bəndi – illik 43 dən 40,5 faizə endirib.

Trend xəbər verir ki, bu barədə maliyyə tənzimləyicisinin saytında bildirilir.

Bank həmçinin kreditlər üzrə overnayt faiz dərəcəsini 43,5 faizədək, depozitlər üzrə overnayt dərəcəsini isə 39 faizədək endirib.

Tənzimləyici qeyd edib ki, avqust ayında əsas inflyasiyanın artımı zəifləyib.

ÜDM-in artımı ikinci rübdə proqnozları üstələsə də, son daxili tələbat zəif olaraq qalıb. Son məlumatlar göstərir ki, tələb dezinflasiya səviyyəsindədir. Bununla yanaşı, inflyasiya gözləntiləri, qiymət dinamikası və qlobal hadisələr dezinflasiya prosesinə risklər yaratmaqda davam edir.

Mərkəzi Bank qiymət sabitliyi təmin olunana qədər sərt pul-kredit siyasətini davam etdirəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti