...

Niderland Ukraynaya silah tədarükünü sürətləndirəcək

Dünya xəbərləri Materials 11 Sentyabr 2025 14:31 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Niderland Kiyevə hərbi yardım üçün ayrılmış büdcənin bir hissəsini 2026-cı ildən cari ilə keçirməklə Ukraynaya silah tədarükünü sürətləndirəcək.

Trend xəbər verir ki, bu haqda krallığın müdafiə nazirliyinin bəyanatında qeyd olunur.

Bəyanata görə, 2022-ci ildən bəri Kiyevin hərbi ehtiyaclarını ödəmək məqsədilə Niderland 13,6 milyarda yaxın vəsait ayırıb ki, onun 8,7 milyard avrosu artıq təyinatı üzrə sərf olunub.

Ümumi yardım üç istiqaməti əhatə edir: 2,4 milyard avro Niderland ordusunun arsenalından çatdırılan təchizatlar, 6,1 milyard avro –hərbi texnika və silahların alınması, əlavə olaraq 179 milyon avro NATO fondları vasitəsilə yönəldilib.

Nazirlik vurğulayıb ki, təchizatların artırılması yalnız Ukraynaya gələn il üçün nəzərdə tutulmuş yardım vəsaitlərinin istifadəsi və müdafiə müəssisələrinin işinin sürətləndirilməsi ilə mümkündür. Bu fonunda Niderland AB tərəfdaşları və Kiyev ilə birlikdə dronlar və digər sistemlərin birgə istehsalını planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti