Bakı. Trend:
Niderlandda Polşada yaşanan PUA gərginliyi ilə əlaqədar Rusiyanın Haaqadakı səfiri Niderlandın Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend xəbər verir ki, bu barədə Niderland KİV yerli XİN-ə istinadən məlumat yayıb.
XİN rəhbəri David van Vilin sözlərinə görə, Rusiya heç də baş verənləri inkar etmir. Rəsmi Moskva dronların Polşaya qarşı yönəlmədiyini əmin edir. Diplomat əlavə edib ki, istənilən halda bu Rusiyalı səfirin çağırılması üçün bir zəmindir.
Xatırladaq ki, sentyabrın 10-a keçən gecə Polşa və NATO-ya aid qırıcılar Polşanın hava məkanını pozmuş bir neçə Rusiya PUA-sını zərərsizləşdirib. NATO yaranmış insidentlə bağlı Şimali Atlantik Alyans müqaviləsinin 4-cü maddəsini tətbiq edib.