Bakı. Trend:
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO Nəsimi Festivalının təşkilatçıları sırasına daxil olub.
Trend xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ənənəvi keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı 2018-ci ildən təşkil edilir.
Bu il festival sentyabrın 23-25-də Bakı və Şamaxıda keçiriləcək.
Nəsimi festivalının gələcəkdə ICESCO-nun baş qərargahının yerləşdiyi Rabat şəhərində də təşkili müzakirə olunan məsələlər sırasındadır