Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın nümayəndəsi Con Koul Belarus lideri Aleksandr Lukaşenko ilə görüş zamanı ABŞ hakimiyyətinin Belarusda Amerika səfirliyinin fəaliyyətini bərpa etmək istədiyini bildirib.
Trend bu barədə Belarus KİV-ə istinadən xəbər verir.
“Bu (ikitərəfli) münasibətlərin bundan sonra normallaşması, daha da yaxşılaşdırılması və sairə üçün hələ çox işlər görmək olar. Biz səfirliyimizi Minskə qaytarmaq istəyirik”, - deyə Koul bildirib.