Bakı. Trend:
Pakistanın şərqində yerləşən Pəncab əyalətində daşqınlar nəticəsində əlacsız vəziyyətdə qalmış sakinlərin təxliyəsini həyata keçirən qayıqlardan birinin batması nəticəsində azı 9 nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə Pakistan KİV məlumat yayılıb.
Məlumata görə, axtarış-xilasetmə işləri zamanı göyərtəsində 20 nəfər olan qayıq Hind çayında alt-üst çevrilib. Qəzaya şiddətli küləyin və güclü axının səbəb olduğu ehtimal edilir.
Ölənlər arasında qadınlar və uşaqların olduğu xəbər verilir.