...

Fransa Şərqi Avropada hava patrullarına üç qırıcı təyyarə göndərəcək

Dünya xəbərləri Materials 11 Sentyabr 2025 22:58 (UTC +04:00)

Bakı. Trend:

Fransa Polşa hökumətinə pilotsuz uçuş aparatı ilə bağlı insidentdən sonra ölkənin və Şərqi Avropanın digər ölkələrinin hava məkanında patrulluq etmək üçün üç "Rafale" qırıcı təyyarəsi göndərəcəyinə söz verib.

Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron deyib.

E.Makron qeyd edib ki, o, "NATO müttəfiqləri ilə birlikdə Polşa hava məkanının və Avropanın şərq cinahının müdafiəsində iştirak etmək üçün üç Rafale qırıcısını yerləşdirməyə qərar verib".

Fransa prezidenti bildirib ki, o, bu addımı Polşanın baş naziri Donald Tusk, həmçinin NATO-nun baş katibi Mark Rutte və “şərq cinahın müdafiəsində də iştirak edən” Böyük Britaniyanın baş naziri ilə müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti