...

HƏMAS ABŞ-nin İsrailin Qətərə hücumunda əlaqəli olduğunu bildirib

Dünya xəbərləri Materials 11 Sentyabr 2025 21:31 (UTC +04:00)

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı Qətərin paytaxtı Dohada İsrailin "HƏMAS"a qarşı hücumunda Vaşinqtonun əlaqəli olduğunu hesab edir.

Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" televiziya kanalı xəbər verib.

"Biz bəyan edirik ki, ABŞ administrasiyası bu cinayətin ortağıdır", - deyə "HƏMAS"ın nümayəndəsi Fauzi Barhum bildirib.

O, əlavə edib ki, hücum “bütün danışıqlar prosesinin oldürülməsi deməkdir”, çünki onun sözlərinə görə, zərbə HƏMAS rəhbərliyinin ABŞ prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs təklifini müzakirə etdiyi vaxtda endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti