Bakı. Trend:
BMT Təhlükəsizlik Şurası İsrailin Qətərin paytaxtına endirdiyi zərbələri pisləyib və ərəb ölkəsinin suverenliyinə dəstəyini vurğulayıb.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəliyinin yaydığı bəyanatda bildirilib.
"Təhlükəsizlik Şurasının üzvləri əsas vasitəçinin evi olan Dohaya 9 sentyabr hücumlarını pisləyib. Onlar insanların həlak olmaslı ilə bağlı dərin təəssüflərini bildiriblər", - deyə qeyd edilib.
Bildirilib ki, onlar BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq Qətərin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar.