...

Ukrayna ordusunun qırıcısı qəzaya uğradı

Dünya xəbərləri Materials 11 Sentyabr 2025 20:17 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Hərbi Hava Qüvvələri "Su-27" qırıcısı Zaporojye istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə Ukraynanın 39-cu Taktiki Aviasiya Briqadası məlumat yayıb.

Bildirilir ki, qəza nəticəsində 39-cu Taktiki Aviasiya Briqadasının pilotu mayor Borovik Aleksandr Nikolayeviç həlak olub. Pilotun 30 yaşı var idi.

Ukrayna Silahlı Qüvvələri vəd verib ki, təyyarənin qəzaya uğramasının səbəblərini müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti