...

Türkiyənin xüsusi nümayəndəsi Ermənistana gedib

Dünya xəbərləri Materials 11 Sentyabr 2025 19:55 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıç İğdıra yollanıb.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən səfir Kılıç Ermənistan tərəfi ilə təmasların davam etdiyini vurğulayıb:

“Bu araşdırmaları nəzərdən keçirəcək və əvvəlki işləri dəyərləndirəcəyik. Gələcəkdə iki ölkə, xüsusilə də bölgənin iqtisadi həyatı üçün nələrin edilə biləcəyini müzakirə edəcəyik”.

Bundan başqa, səfir Zəngəzur dəhlizinin əhəmiyyətinə də toxunaraq qeyd edib ki, bu rabitə xətti yalnız Ermənistan və Türkiyə üçün deyil, eyni zamanda Orta Asiya və türk respublikaları ilə əlaqə baxımından da mühüm əhəmiyyət daşıyır:

“Prezidentimizin göstərişləri ilə bu xəttin qısa zamanda açılmasını və ilk növbədə İğdır və Qars bölgələrinin iqtisadiyyatına töhfə verməsini istəyirik”.

O, həmçinin Ermənistan tərəfinin də bu məsələlərə müsbət yanaşdığını deyib:

“Bu gün “sərhədi açmağa hazırıq” şəklində bəyanat verdilər. Təbii ki, bu hər kəsin xeyrinədir. Bəzi texniki işlərə ehtiyac var, amma niyyətləri ilə bağlı problem görmürük”.

Qeyd edək ki, görüşdən sonra Serdar Kılıç və onu müşayiət edən nümayəndə heyəti “Alican” Sərhəd Qapısından keçərək Ermənistana yollanıb. Onun İrəvanda bir sıra görüşlər keçirəcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti