...

Dohada ərəb və islam ölkələrinin fövqəladə sammiti keçiriləcək

Dünya xəbərləri Materials 11 Sentyabr 2025 19:03 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qətərin paytaxtı Dohada ərəb və islam ölkələrinin fövqəladə sammiti təşkil ediləcək.

Trend Qətər Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Qətərdə sammitə hazırlıq məqsədilə xarici işlər nazirlərinin iclası olacaq.

Sentyabrın 14-ü və 15-də isə sammit keçiriləcək. Tədbirin əsas mövzusu İsrailin Qətərə raket hücumunun müzakirəsidir.

Qeyd edək ki, İsrail sentyabrın 9-da Qətərdə HƏMAS-ın siyasi bürosunun bir neçə üzvünün məskunlaşdığı mənzilləri hədəfə alıb. Hücum nəticəsində qruplaşmanın 5 üzvü və Qətərin təhlükəsizlik idarəsinin əməkdaşı həlak olub.

Xəbər lenti

Xəbər lenti