Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahu dünyanın Fələstin dövlətinin olmasının qarşısını almaq üçün verdiyi vədi yerinə yetirəcəyini bildirib.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri İordan çayının qərb sahilinə səfəri zamani deyib.
"Fələstin dövlətinin olmayacağına dair vədimizi yerinə yetirəcəyik. Bu yer bizə məxsusdur. Biz irsimizi, torpağımızı və təhlükəsizliyimizi qoruyacağıq", - deyə o bildirib.
Qeyd edək ki, avqust ayında İsrail Mülki Administrasiyasının planlaşdırma komitəsi İordan çayının qərb sahilində genişmiqyaslı yeni qəsəbələrin tikintisini nəzərdə tutan E1 Layihəsini təsdiqləyib.