...

Polşa Belarusla sərhəddi bağlayıb

Dünya xəbərləri Materials 12 Sentyabr 2025 04:22 (UTC +04:00)

Bakı. Trend:

Polşa yerli vaxtla gecə yarısı Belarusla o vaxta qədər açıq olan bütün sərhəd keçidlərini bağlayıb.

Trend-in məlumatına görə, bu barədə Terespolda bundan əvvəl fəaliyyət göstərən yeganə sərnişin keçid məntəqəsində Polşanın Daxili İşlər Nazirliyinin rəhbəri Marçin Kervinski bildirib.

"Gecə yarısı Belarusla sərhəddə nəqliyyatı bağladıq. Bu, “Qərb-2025” təlimləri ilə bağlıdır", - deyə o bildirib.

"Yalnız polyakların təhlükəsizliyinin təmin olunduğuna əmin olduqda, nəqliyyatın hərəkəti bərpa olunacaq. İqtisadi baxımdan biz çalışacağıq ki, sərhəddə hərəkət mümkün qədər tez bərpa olunsun", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti