...

ABŞ-də keçmiş senator Menendesin həyat yoldaşı korrupsiyaya görə həbs edilib

Dünya xəbərləri Materials 11 Sentyabr 2025 23:46 (UTC +04:00)
ABŞ-də keçmiş senator Menendesin həyat yoldaşı korrupsiyaya görə həbs edilib

Bakı. Trend:

ABŞ-ın rayon məhkəməsinin hakimi Nadin Menendesi əri, keçmiş demokrat senator Robert Menendesə qarşı rüşvət və korrupsiya işində iştirak etdiyinə görə 4 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Trend-in məlumatına görə, bu barədə "AP" agentliyi xəbər verib.

Məlumata əsasən, prokurorluq 7 il həbsdə israr etsə də, məhkəmə Livandakı çətin uşaqlığı, yaşı və səhhəti ilə əlaqədar cəzanı azaldıb və 3 il sınaq müddətini çəkməsinə icazə verib.

Məhkum edilən qadın məhkəmədə bildirib ki, əri tərəfindən manipulyasiyanın qurbanı olub. Onun sözlərinə görə, əri onu korrupsiya sxemlərində iştirak etməyə məcbur edib.

Prokurorluq bildirib ki, qadın, əksinə, məcburiyyət olunmadan ərinin korrupsiya sxemlərində əsas rol oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti