...

Bakıda birmərtəbəli tikili yanıb

Hadisə Materials 12 Sentyabr 2025 02:43 (UTC +04:00)
Bakıda birmərtəbəli tikili yanıb

Bakı. Trend:

Bakı şəhərinin Qaradağ rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin yanar konstruksiyaları 50 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti