...

Yanvar-iyul aylarında Azərbaycan ilə İraq arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 12 Sentyabr 2025 04:40 (UTC +04:00)
Yanvar-iyul aylarında Azərbaycan ilə İraq arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycan ilə İraq arasında ticarət əməliyyatlarının həcmi 13,9 milyon ABŞ dolları təşkil edib.

Trend-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 351 min ABŞ dolları və ya 2,5 faiz azdır.

Hesabat dövründə İraqla ticarət əməliyyatları Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 0,05 faizini təşkil edib.

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İraqa 12,7 milyon dollar ixrac edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon dollar azdır. Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında İraqdan Azərbaycana idxal 1,6 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 1 milyon dollar azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan 28,8 milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatı həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,25 faiz çoxdur. İxrac 15,2 milyard dollar, idxal isə 13,6 milyard dollar təşkil edib. Belə ki, illik ifadədə ixrac 5,4 faiz azalıb, idxal isə 26,1 faiz artıb.

Nəticədə xarici ticarətin müsbət saldosu 1,6 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə azdır.

Xəbər lenti

Xəbər lenti